Reklam

Reklam

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi arasında başlanan qarşıdurma daha da dərinləşir.

Aktyor Əjdər Zeynalovun 29.09.2017 tarixində mətbuata verdiyi müsahibəsində teatrın rəhbəri İftixar Piriyevin əleyhinə söylədiyi fikirlər kollektivi ayağa qaldırıb.

Teatrın yaradıcı heyəti sözügedən məsələ ilə bağlı Yenicag.az-a şikayət məktubu ünvanlayıb. Burada aktyorlar Əjdər Zeynalovla eyni kollektivdə çalışmaq istəmədiklərini bildiriblər:

“Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalov müsahibəsində bildirir ki, “…hazırda bizim haqq işimizi dəstəkləyən çoxdur… Əgər İftixar Piriyevi dəstəkləyən tək-tük adam varsa, çoxdan səslərini çıxartmışdılar, yazmışdılar”. Biz – Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi göstərilən fikrə münasibətimizi kollektiv şəkildə bildiririk: “Öz iftira və böhtan xarakterli, qərəzli yazıları ilə teatrımızı nüfuzdan salmağa çalışan Əjdər Mehdi oğlu Zeynalov, teatrın rəhbərinin fəaliyyətini bəyənirik! Səninlə bir kollektivdə işləməkdən imtina edirik. Bu gündən etibarən səni sıramızda görmək istəmirik!”

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4318
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.