"Aktyorluğu öyrən" layihəsi üzrə yeni diplom tamaşaları təqdim olundu - FOTO

media-hightechnic-468x90

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktyorluğu öyrən” layihəsi davam edir.

Layihə çərçivəsində Azərbaycan İncəsənət Məktəbitələbələrindən ibarət daha bir qrupun diplom tamaşaları nümayiş olunub. Xalq artisti Məmmədsəfa Qasımovun quruluşunda Anton Çexovun “Ayı” və “Elçilik” əsərləriəsasında hazırlanan tamaşalar iyulun 7-də Şuşa Dövlət Musiqili Dram Teatrında təqdim edilib.

Səhnə əsərlərini mərkəzin əməkdaşları – Təhlil, təlim və tədris şöbəsinin müdiri Cəmilə Mirzəyeva, teatrşünas Dağlar Yusif, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, direktoru Tural Əliyev, Xalq artistiMəmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı və teatrsevərlər izləyiblər.

Tələbələrin oyunu tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Nümayişdən sonra layihə üzrə tədris proqramını uğurla bitirənlər diplomla təltif olunublar.

Xatırladaq ki, “Aktyorluğu öyrən” layihəsinin əsas məqsədi gənclərin səhnə sənətinə marağının artırılması, istedadlarını ifadə etmələri üçün şərait yaradılması,həmçinin onlara aktyorluq ixtisası üzrə ilkin biliklərinverilməsidir.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərtib etdiyi proqram əsasında təşkil olunan dərslər peşəkar pedaqoqlar tərəfindən aparılıb. 9 aylıq proqram üzrə gənclər həftədə iki dəfə olmaqla dərslərdə iştirak ediblər.

Layihə çərçivəsində eyni zamanda tələbələrin qrup şəklində peşəkar teatr və kino proseslərində təcrübəqazanmasına və tanınmış sənətçilərdən ustad dərsləri almasına da imkan yaradılıb.

Onu da qeyd edək ki, “Aktyorluğu öyrən” layihəsi üzrə iyunun 29-da Pərvin Nurəliyevanın “Cırtdanino” və Aleksandr Volkovun “Zümrüd şəhərinin sehrbazı” əsasında hazırlanan tamaşalar nümayiş olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600