Bakı Uşaq Teatrının direktoru, tanınmış aktyor İntiqam Soltanın bacısı dünyasını dəyişib.
Yenicag.az-a açıqlama verən İ.Soltan bacısının xərçəng xəstəliyindən vəfat etdiyini deyib:
“Həkimlər nə qədər çalışsa da, onu xilas edə bilmədilər. Zəng edib yalvarırdı ki, məni ölməyə qoyma. Mənə ən ağır təsir edən o oldu… Arzuları vardı. Hamısını özüylə o dünyaya apardı. Qardaş üçün bacı itkisi çox ağırdır, daşıya bilməyəcəm bu yükü. Naxçıvanda torpağa tapşırdıq. Sabah orda üç mərasimi keçiriləcək”.
Allah rəhmət etsin!
Cəvahir
www.yenicag.az