Xalq artisti aparıcını AĞLATDI: “Qaranlıq dünyadan məni onlar çıxardı”
“Elə bilirdim, yaşaya bilməyəcəyəm, amma məni o qaranlıq dünyadan dartıb çıxardılar”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xalq artisti Nazpəri Dostəliyeva “Bir gün” verilişində deiyb.
Sənətçi həyatının ən ağır günlərindən danışaraq aparıcı Yalçın Uğuru göz yaşına boğub:
“Uzun illər əvvəl atamı, sonra anamı itirdim. Cavan qardaşımı itirdim, amma yaşadım. Düşündüm ki, onlardan sonra ölərəm, yaşaya bilmərəm, amma yaşadım. Sonra cavan qardaşım dünyasını dəyişdi, yenə yaşadım. Daha sonra övladımı itirdim. Övladdan sonra isə artıq heç nə düşünə bilmədim. Qaranlıq bir dünyaya girdim. Görün nə boyda sevgi oldu ki, o sevginiz məni o qaranlıq dünyadan çıxardı. Yəqin ki, oradan çıxa bilməyəcəkdim. Məni sevənlərim var, ona görə ayaqdayam”.
Nehru












