Alimin maraqlı iddiası

media-hightechnic-468x90

311258_1ABŞ-ın Hərbi-Kosmik Müdafiəsi Komandanlığının sabiq əməkdaşı, amerikalı alim Con Brandenburq maraqlı açıqlama ilə çıxış edib. Alim hesab edir ki, qədim Marsda həyat yadplanetlilərin nüvə hücumu zamanı məhv edilə bilərdi.

Brandenburq özünün təhqiqat işində “Marsda güclü nüvə partlayışının olmasına və bununla da planetin iki hissəsində – Sidoniya və Utopiyada qədim yaşayış yerlərinin məhv edilməsinə dair sübutlar olduğunu” qeyd edir.

Alim Marsın atmosferindəki izotoplar qarışığını tədqiq edərkən bu nəticəyə gəlib ki, qarışıq Yerdəki nüvə kataklizmlər zamanı, misal üçün, Çernobıl AES-dəki partlayış vaxtı yaranan qatışığın oxşarıdır.

Bundan əlavə, o, Marsın qırmızı rəngdə olmasının da partlayış faktına dəlalət etdiyinə əmindir.

(news.milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600