!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimlər plastik butulkaların sağlamlığa təhlükə yaratdığını AŞKARLADILAR

!Reklam – Yazi

Alimlər plastik butulkaların sağlamlığa təhlükə yaratdığını müəyyən ediblər.

Yenicag.az Bloomberg-ə istinadən xəbər verir ki, Amerikanın “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc edilən araşdırmaya əsasən, 1 litrlik butulkadakı suda orta hesabla 240 minə yaxın plastik hissəcik ola bilər.

Tədqiqatın müəllifləri Kolumbiya Universitetinin kimyaçılarıdır.

Alimlər suda nanoplastiklərin – uzunluğu 1 mikrometrdən az olan hissəciklərin (μm; 1 mm – 1000 μm) tərkibini müəyyən ediblər.

Əvvəllər yalnız mikroplastiklər (ölçüsü 1-dən 500 mikrona qədər) nəzərə alınırdı. Yeni məlumatlarla məlum olub ki, plastik tərkibi əvvəllər məlum olandan yüz dəfə çox ola bilər.

Nəşr qeyd edir ki, nanoplastikanın təhlükəsi onun kiçik ölçüsünə görə insan hüceyrələrinə və qanına, o cümlədən plasenta vasitəsilə yeni doğulmuş körpələrin orqanizminə daxil olmaq qabiliyyətindədir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv