Alimpaşa Məmmədovun məhkəməsi yenə təxirə düşdü

media-hightechnic-468x90

Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi təxirə düşüb.

media-banner_tkm

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb hakim Nural Əliyevin Apellyasiya Məhkəməsinə hakim getməsi olub.

A.Məmmədovun vəkili Yolçu Abbasov “Qafqazinfo”ya bildirib ki, yeni hakimin adı yanvar ayının 5-i məlum olmalıdır.

Qeyd edək ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05