Uşaqlığı müharibə illərinə təsadüf edən, məcburi köçkün düşdükdən sonra illərdi çadırda yaşayan biri kimi Ağdamsızlıq barədə danışmaq mənim üçün çox çətindir.
Kəndimizdən çıxandan sonra düz 25 ildir ki, kəndimizə gələ bilmirik. Bu 25 ildə bizim üçün dəyişməyən tək həqiqət var – Ağdam alınmayınca, bizdə alınmayacaq…
Dahi, böyük ustad Ramiz Rövşən deyir ki, bir vaxtlar keçmiş SSRİ-nin paytaxtında yaşayan ruslar “moskvalı olmaq vəzifədi” deyirdilər. Məncə, Qarabağda da ağdamlı olmaq vəzifə kimi bir şey idi. O torpaqların işğal olunmasıyla əgər bütün qarabağlılar doğma yurdunu itirdisə, ağdamlılar sanki təkcə öz yerini-yurdunu yox, həm də vəzifələrini itirdilər. Ağdamlı olmaq vəzifəsini…
Ağdamlı olmaq vəzifəsini itirənlərdən biri də Qarabağ qazisi Firudin Məmmədovdur. Ağdam uğrunda gedən döyüşlərin iştirakçısı bildirir ki, hər il Ağdamsız Şəhidlər Xiyabanına gəlib-getmək çox ağırdır…
Emin Səfərov
Operator: Cəmalə Əlizadə
www.yenicag.az