Allahşükür Paşazadə Tatarıstana səfər edəcək

media-hightechnic-468x90

lşşşşşşşşşşşşşşQafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 13-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər RF Tatarstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun dəvəti əsasında həyata keçirilir.

Səfərdə məqsəd Tatarıstanda İslamın rəsmən qəbul edilməsinin 1125-ci ildönümünə həsr olunmuş Bulqar şəhərində keçiriləcək təntənəli mərasim və tədbirlərdə iştirak etməkdir.
Ənənəvi olaraq keçirilən bu tədbirlərə şeyxülislam A.Paşazadə həzrətləri fəxri qonaq qismində hər il dəvətli olur.

Səfər müddətində QMİ sədrinin Tatarıstan Prezidenti R.Minnixanov tərəfindən qəbul ediləcəyi, digər rəsmilərlə, Tatarstan müftisi Kamil Samiqullinlə, həmçinin, orada yaşayan Azərbaycan diasporasının nümayəndələri ilə görüşəcəyi nəzərdə tutulur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600