“Charlie Hebdo” jurnalına hücumun videosu
Fransanın paytaxtı Paris şəhərində həftəlik “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum edənlər “Allahu Əkbər” deyə qışqırıblar.
Bu haqda “France TV Info” saytı video yayımlayıb.
Videoda hücum edən maskalı şəxslər “Biz sizi peyğəmbərə görə cəzalandırırıq” sözlərini deyiblər.
Bütün bunlar kənardan bir nəfər tərəfindən mobil telefona çəkilib. Video 2 nəfərin avtomobilə oturaraq hadisə yerindən uzaqlaşdığı görsənir.
Hücum edənlərin isə sayının 3 olduğunu deyilirdi. Çox böyük ehtimalla 2 nəfər avtomatla içəri daxil olaraq jurnalistlərə atəş açıb, bir nəfər isə sürücü kimi avtomobildə gözləyib.
Paris prokurorunun məlumatına görə, terror aktı zamanı 12 nəfər öldürülüb.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 1969-cu ildə yaradılıb. 1981-ci ildə onun fəaliyyəti dayandırılsa da 11 il sonra yenidən nəşr olunmağa başlayıb.
Jurnal 2006-cı ildə ilk dəfə Məhəmməd peyğəmbərin karikaturasını dərc edib. Bu karikatura öncə Danimarkanın “Jyllands-Posten” nəşrində işıq üzü görüb.
2012-ci ildə isə “Müsəlmanların günahsızlığı” filminə görə jurnal bir neçə karikatura yayımlayıb. Bu vaxt jurnal rəhbərliyinə qarşı təhqirlər daxil olub.