Alman nəşri Nemtsovun qatillərini göstərdi

media-hightechnic-468x90

img1758320Alman nəşri “Frankfurter Algemeine Sonntagszeitung” Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətli ilə bağlı öz versiyasını irəli sürüb. Musavat.com-un məlumatına görə, nəşr hesab edir ki, siyasətçi Rusiya yetkililəri və biznesmenləri üçün sanksiya siyahılarının tərtib edilməsində Qərbə yardım etməyə görə güllələnə bilərdi.

Qəzet bildirir ki, bir il öncə Boris Nemtsov amerikalı senatorlar – Con Makkeyn və Ron Consonla görüşərək, onlara yenilənmiş “Maqnitski siyahısı”na salınmaq üçün 13 nəfərin, o cümlədən prezident Putinin yaxın ətrafına daxil olan şəxslərin adlarını verib.

Nəşr qeyd edir ki, Nemtsov həmçinin, amerikanlara Dövlət Dumasının spikeri Sergey Narışkinin regionun yeni liderinin müəyyən edilməsi üçün Krıma səfər etdiyi barədə informasiya çatdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600