“Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır”

media-hightechnic-468x90

tofiq abbasov009Yanvarın 20-də Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri baş tutub. İlham Əliyev səfərdə Almaniyanın bir sıra rəsmi şəxsləri ilə, o cümlədən kansler Angelə Merkel ilə görüşüb. İkitərəfli müzakirələr istiqamətində danışıqlar parılıb.

Politoloq Tofiq Abbasov İlham Əliyevin bu işgüzar səfərini Yenicag.az-a belə şərh etdi: “Bu səfər çox mühüm bir vaxtda baş tutdu. Bir tərəfdən Avropada tənəzzül davam edir, digər tərəfdən qitənin böyük və nüfuzlu məmləkətləri terror dalğası ilə mübarizə aparırlar və belə gərgin durumda təxirəsalınmaz məsələlərdən diqqət istər-istəməz yayınır. Məhz belə məqamda Azərbaycan liderinin Almaniyaya səfəri öz məhsuldarlığı ilə sanki digər ölkələrə impuls verib xatırlatdı ki, gündəlikdə olan vacib problemlər nəyin bahasına olursa olsun vaxtında həllini tapmalıdır. Xanım Merkelin açıq bildirməsi ki, Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol mühüm mahiyyət daşıyır və biz münasibətlərimizi inkişaf etdirəcəyik, bir anlama gəlir – Almaniya və onunla birlikdə Avropa İttifaqı Azərbaycanın timsalında etibarlı və son dərəcə işgüzar tərəfdaş tapıb və qarşılıqlı münasibətlər yaxın ilərdə də yüksələn xətlə inkişaf etdiriləcək. Rəsmi Bakı son illər iqtisadi baxımdan irihəcmli layihələri irəli sürüb sonra isə tətbiqi sahədə onlara nəfəs verməklə tək öz ehtuyaclarını deyil, eləcə də digər məmləkətlərin gözləntilərini doğruldur. Buna görə də Almaniya kimi nüfuzlu dövlət bu gün açıq bildirir ki, Azərbaycanla münasibətlərin genişlənməsində strateji marağı var. Bu həm də ondan xəbər verir ki, Qarabağ problemi çərçivəsində də rəsmi Berlin Azərbaycanın mövqeyinə hörmətlə yanaşır, sərhədlərin toxunulmazlığı prinsipini uca tutur. Bütün bunların fonunda nəticə ondan xəbər verir ki, İlham Əliyevin Almaniya səfəri son dərəcə uğurlu olmaqla həm də beynəlxalq gündəlikdə layiqli yer aldı”. Kamran/Yenicag

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600