“Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymalıdır”.
Yenicag.az xəbər verir ki, bunu Almaniya kasnleri Olaf Şolts deyib.
O bildirib ki, Ukraynadakı işğalçı müharibəyə son qoyulması üçün V.Putinlə danışıqlara ehtiyac var.
Kanslerin sözlərinə görə, Almaniyanın məqsədi Rusiyanın işğalçı müharibəsini dayandırmaq, Ukraynanın ərazi bütövlüyünü qorumaqdır: “Bu isə danışıqlar tələb edir”.
O.Şolts vurğulayıb ki, Rusiya vəziyyətin belə davam edə bilməyəcəyini etiraf etməlidir: “Putin müharibəni dayandırmalı, qoşunları çıxarmalı və bununla da qarşılıqlı anlaşma üçün fürsət yaratmalıdır. Mesaj yalnız belə ola bilər: Putin, bu müharibəni bitir”.
Xatırladaq ki, daha əvvəl O.Şolts V.Putinlə telefon danışığı zamanı Kreml rəhbərini qoşunlarını Ukraynadan çıxarmağa çağırmışdı./Report/
www.yenicag.az