Tramp İranla bağlı əlini yüksəltdi: “Qurumlarınızı ələ keçirin”

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trump İranda baş verən etirazlarla bağlı verdiyi açıqlamada İran hakimiyyətinə qarşı sərt ifadələr işlədib. Trump İran xalqına ünvanladığı mesajında etirazlara diqqət çəkərək, ölkəni idarə edən rejimin siyasətini kəskin tənqid edib. Bu açıqlamalar regionda gərginliyin daha da arta biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

ABŞ Prezidenti Donald Trump Miçiqan ştatının Detroyt şəhərində keçirilən Detroyt İqtisadiyyat Klubu toplantısında İrandakı etirazlarla bağlı danışıb. Trump İran xalqına müraciət edərək bildirib:

“Bütün iranlı vətənpərvərlərə deyirəm: etirazlarınızı davam etdirin. Mümkünsə, qurumlarınızı ələ keçirin. Sizi öldürənlərin və istismar edənlərin adlarını yadda saxlayın. Əgər səsləndirilən rəqəmlər doğrudursa, siz çox ağır şəkildə istismar olunursunuz. Beş fərqli rəqəm eşidirəm. İran hakimiyyəti bunun əvəzini çox ağır ödəyəcək”.

İnqilabdan əvvəlki İrana toxunan Trump deyib:

“Gəlin İranı yenidən böyük edək. Bilirsinizmi, bu canavarlar gəlib ölkəni ələ keçirməmişdən əvvəl İran möhtəşəm bir ölkə idi. Sizə deyirəm, əgər mən bu seçkiləri udmasaydım, eyni şey bizim də başımıza gələ bilərdi”.

Trump İran rəhbərliyi ilə diplomatik təmasların dayandırıldığını açıqlayaraq bildirib:

“İranlı rəsmilərlə görüşləri dayandırdıq, çünki onlar mülki insanları öldürməyə başladılar. Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə aparılan bütün danışıqları ləğv etdim. Yardım yoldadır”.

Trump Detroyt İqtisadiyyat Klubu çıxışından əvvəl ziyarət etdiyi zavodda İrandakı etirazlarda neçə nəfərin öldürüldüyü ilə bağlı suala dəqiq rəqəmin olmadığını vurğulayıb:

“Heç kim mənə dəqiq rəqəm verə bilmədi. Hər bir rəqəm çoxdur. Bir nəfər belə həddən artıq çoxdur. Amma həm daha aşağı, həm də daha yüksək rəqəmlər eşitmişəm. Yəqin ki, növbəti 24 saat ərzində biləcəyik. Məncə, bu, çoxdur. Yardım yoldadır”.

“Yardım yoldadır” ifadəsi ilə nəyi nəzərdə tutduğu soruşulduqda Trump təfərrüat verməkdən imtina edərək:

“Bunu özünüz tapmalı olacaqsınız, üzr istəyirəm”,deyib.

Trump İranda olan ABŞ və müttəfiq ölkələrin vətəndaşlarının ölkəni tərk edib-etməməsi ilə bağlı suala isə “Məncə, ayrılmaq pis fikir deyil” cavabını verərək təhlükəsizlik risklərinə diqqət çəkib.

Yenicag.az-a açıqlamasında şərhçi Lokman Biter hesab edir ki, Donald Trumpın bu açıqlamaları yalnız İran hakimiyyətinə yönəlmiş ritorika deyil, eyni zamanda ABŞ-ın regionda yenidən daha sərt və açıq müdaxiləçi siyasi xəttə qayıtdığını göstərir.

Lokman Biterə görə, “etirazlara davam edin” və “yardım yoldadır” kimi ifadələr klassik diplomatik dildən kənara çıxaraq psixoloji və siyasi təzyiq aləti kimi istifadə olunur. Bu yanaşma İran daxilindəki etirazları stimullaşdıra, eyni zamanda Tehran–Vaşinqton münasibətlərində qarşıdurmanı daha da dərinləşdirə bilər.

Şərhçi vurğulayır ki, Trump birbaşa “rejim dəyişikliyi” ifadəsini işlətməsə də, verdiyi mesajlar bu istiqamətdə beynəlxalq ictimai rəyə siqnal xarakteri daşıyır. Biterin fikrincə, bu cür açıqlamalar Yaxın Şərqdə qeyri-sabitliyi artıra və regionu yeni, daha riskli siyasi mərhələyə sürükləyə bilər.

Amri Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa