Almaniya Müdafiə naziri: “NATO-ya borcumuz yoxdur”

media-hightechnic-468x90

Almaniya Müdafiə naziri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampa cavab olaraq “NATO-ya borcumuz yoxdur” deyib.

Bu barədə Yeniçağ.Az yerli mətbuata istinadən məlumat verir.

“Müdafiə xərclərini BMT-nin və Avropanın sülh missiyalarına, həmçinin İŞİD-lə mübarizəyə də ayırırıq”, – nazir əlavə edib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkellə görüşündən bir gün sonra ABŞ prezidenti Donald Tramp bəyan etdi ki, təhlükəsizliyinin təmin olunmasına görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb

“Güclü və çox baha başa gələn müdafiəsinin təmin edilməsinə görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”, – deyə Tramp “Tvitter” hesabında yazıb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600