Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Almaniya Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə hazırdır” - Merkel

Reklam: Sinerji Pro

“Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlverişli mühitin yaranmasına yardım göstərməyə hazırdır”.

Yenicag.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür: “Biz görüşdə münaqişənin həllinin vacibliyindən danışdıq. Əlbəttə, münaqişəni həll etmək yaxşı olardı. Amma əlverişli mühitdə qərar vermək çox vacibdir. Almaniya da bu işdə kömək etməyə hazırdır”.

A.Merkel bildirib ki, münaqişə danışıqlar yolu ilə həll edilməli və bunun üçün hər cür səy göstərilməlidir.

www.yenicag.az

836
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS