!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada aeroport işçiləri tətil edirlər

!Reklam – Yazi

Almaniyanın bütün aeroportlarında xəbərdarlıq tətilləri başlayıb.

Yenicag.az xəbər verir ki, bir neçə aeroportda tətil gözlənilən olub.

Belə ki, işin dayandırılması barədə əvvəlcədən xəbərdarlıq edilib. Hazırda Hamburq, Hannover, Frankfurt, Münxen, Ştutqart, Bremen və Dortmund hava limanlarının fəaliyyəti iflic olub. Sözügedən aeroportlar ölkənin hava yolu ilə sərnişin daşımalarının təqribən 65 faizini həyata keçirir. Artıq 2340 aviareysin ləğv olunduğu bildirilir. Bunun nəticəsində 300 minə yaxın sərnişin təyinat yerlərinə uça bilməyib.

Tətil edənlərin əsas tələbi hazırda tüğyan edən inflyasiya şəraitində əməkhaqlarının və sosial müavinətlərin qaldırılmasıdır. Yerüstü xidmətlərin işçilərinin də bu tətillərə qoşulacağı istisna olunmur. Tətilçilərin planına, həmçinin birgə mitinqlərin təşkili də daxildir./Azertag/

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv