Almaniyada koalisiya hökuməti QURULUR

media-hightechnic-468x90

 

Almaniya Sosial-Demokrat Partiyası (SPD) Xristian-Demokrat İttifaqı (CDU) ilə koalisiya sazişini təsdiqləyib ki, bu da yeni hökumətin qurulmasını yaxınlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.

Partiyanın məlumatına görə, SPD üzvlərinin 84,6%-i sazişi dəstəkləyib, 15,4%-i isə əleyhinə səs verib. Səsvermə elektron formada keçirilib və gecə yarısı başa çatıb. Səsvermədə SPD-nin 56%-i iştirak edib.

15 aprel tarixindən etibarən 358 min SPD üzvü, “Almaniya üçün Məsuliyyət” adlı 144 səhifəlik saziş üçün onlayn səs verə bilib. Əvvəlcə Xristian Sosial İttifaqı (CSU) və kiçik CDU qurultayı bu sənədi təsdiqləmişdi.

Qeyd edək ki, Sosial-Demokratlar yeni hökumətin yeddi nazirini bazar ertəsi təqdim etməyi planlaşdırır. Ehtimal olunur ki, Boris Pistorus müdafiə naziri olaraq qalacaq. Həmçinin, mətbuatın məlumatına görə, partiyanın həmsədri Lars Klinqbeil yeni hökumətdə maliyyə naziri və vitse-kansler olacaq.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600