Almaniyanın Kröv şəhərində otel naməlum səbəbdən qismən çöküb.
Yenicag.az xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, çoxlu sayda insan dağıntılar altında qalıb.
Qəza baş verən zaman oteldə 14 nəfərin olduğu, 5 nəfərin isə xəsarət almadan xilas olduğu bildirilib. Dağıntıdan sonra 31 qonşu təhlükəsizlik səbəbi ilə evlərini tərk etməli olub. Xilasetmə işləri davam etsə də, çökmənin səbəbi hələlik məlum deyil.
Polis ölənin şəxsiyyətinin müəyyən edildiyini, lakin hələ də çıxarılmadığını bildirib. Səlahiyyətlilər dağıntılar altında qalan bəzi insanlarla əlaqə saxladıqlarını açıqlayıb.
Yerli polis də oteldəki insanların ciddi xəsarət aldığını bildirib.
Qeyd edilir ki, Mosel çayının sahilində otel bir gecədə çöküb. Yanğınsöndürənlər binanın daha da uçmaq təhlükəsi olduğundan əvvəlcə köməksiz vəziyyətdə qalanlara yetişə bilməyiblər.
Bu faciəvi hadisə bölgədə böyük şok yaradıb və xilasetmə işləri davam edir.
Dağılmanın səbəbi məlum deyil.
İsmayıl Bakuvi
www.yenicag.az