!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyadan avropalıları Trampın prezidentliyi fonunda birləşməyə çağırış

!Reklam – Yazi

Avropalılar ABŞ Prezidenti Donald Trampın andiçməsi fonunda özlərini inamlı və həmrəy şəkildə ifadə etməlidirlər.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın Xristian-Demokratik İttifaqı (Xİİ) və Xristian-Sosial İttifaqı (XSİ) müxalifət blokundan olan kanslerliyə namizəd Fridrix Mers açıqlamasında deyib.

“Mers avropalıları ABŞ Prezidenti Donald Trampa qarşı özlərini inamlı və birgə şəkildə ifadə etməyə çağırıb”, – məqalədə bildirilir.

Onun sözlərinə görə, Tramp, böyük ehtimalla, Almaniya və Avropa İttifaqını razı salmayacaq fərmanlar imzalayacaq. Çıxışı zamanı Mers xatırladıb ki, yeni liderin əsas şüarı belədir: “Birinci Amerika” (“America First”). Namizəd əlavə edib ki, belə siyasətə cavab olaraq Almaniya “alçalmaq, tabe olmaq və qorxmaq” niyyətində deyil.

Bundan əvvəl Tramp Avropa İttifaqı ölkələrini daha çox Amerika nefti və qazı almağa başlamasalar, ticarət rüsumları tətbiq etmək hədəsi ilə çıxış edib. Onun sözlərinə görə, ABŞ və Aİ arasında ticarət balansında kəsir təxminən 300 milyard dollar təşkil edir. Tramp bunun “düzəldilməli” olduğunu vurğulayıb.

20 yanvar tarixində Ağ Evdə ilk günündə Tramp bir saatdan az müddətdə bir neçə onlarla sənəd imzalayıb. Xüsusilə, onların arasında ABŞ-ın Ukraynaya və digər ölkələrə yardımı 90 gün müddətinə dayandırması ilə bağlı sənəd də var.

Əvvəllər Tramp BRİKS ölkələrinə qarşı yüzfaizlik rüsumlar tətbiq etməyi planlaşdırdığını bəyan edib./Qaynarinfo

www.yenicag.az

78
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv