Almaniyanın üçüncü dəfə supergüc olma iddiası… –Rusiyaya qarşı sanksiyalar rövanşdır?
Almaniya kansleri Angela Merkel Yaponiyaya səfəri çərçivəsində Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları uzatmağa çağırıb. A. Merkel çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini qeyd edib. Kansler həmçinin Yaponiya və Braziliya ilə bir sıra istiqamətdə, o cümlədən beynəlxalq terrorizm sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb.
Politoloq Tofiq Abbasov hesab edir ki, indi bəlli olan budur ki, qlobal geosiyasətdə birincilik uğrunda gedən rəqabət sərtləşir. Almaniya artıq gizlətmir ki, Avropa qitəsində ən mühüm rola malikdir. Sadə dillə deyilməli olsa, rəsmi Berlin artıq özünü dünya yarışının ikinci iştrakçısıdır. Nə qədər deyilsədə ki, Almaniya Amerika ilə Rusiyaya qarşı cütləşib, bu həm düzdür həm də yox.
“Çünki Avropa, daha doğrusu isə Avrasiyada cərəyan edən proseslər dünyanın yeni geosiyasi mənzərəsini müəyyən edəcək. Bu mənada Almaniya məhz Rusiya ilə prinsipial rəqabətə aparmalı olacaq. Düzdür, Rusiyada əksər siyasi personalar, ekspertlər elə düşünürlər ki, onların vəzifəsi Amerika ilə Almaniya arasında olan ilıq münasibətlərə problemlər yaratmaqdır. Yəni bu minvalla Moskvada düşünürlər ki, öna qarşı olan təztiq və təpəri bir qədər yumşaltmaq mümkündür. Lakin Berlin bir qədər fərqli düşünür. Almaniya nüvə ölkəsi olmasa da, BMT Təhlükəsizlik Şurasının üzvü olmasa da, onun hazırda sərgilədiyi iddia bir növ özünün birlik çərçivəsindəki statusunun daha yüksəyə qaldırılmasıdır. Və müəyyən mənada Berlin bəzi maneələri aşmağa müvəffəq olub. O tək Avropa səviyyəsində deyil, eləcə də qlobal səviyyədə güclü iqtisadi sistemə malikdir. Digər tərəfdən Berlin artıq sırf özünün baxışları əsasında mövqe formalaşdırıb problemlərə münasibət bildirir. Bu o deməkdir ki, Almaniya özünü daha Amerikanın yedəyində görmür və tam müstəqil xət yürüdür. Odur ki, Rusiyaya qarşı sərtləşmə təklif edən Berlin hazırda öz oyununu oynayır və Kremlə bildirir ki, Avropada, eləcə də digər yerlərdə qüvvədə olan dünya nizamına əməl etmək vacibdir. Yəni digər fövqəl məmləkətlər bunu Rusiyadan tələb edib həm də öz statuslarını təsdiqləyirlər. Odur ki, “ən yaxın zamanda Almaniya yenə, artıq 3-cü dəfə meydana super güc kimi gələcək ” deyənlər deyəsən yanılmırlar”.
Kamran