Almanlar Putinlə görüşən Şröyderi topa tutdu

media-hightechnic-468x90

dddddddddddRusiya Prezidenti Vladimir Putinlə 70 illiyini Sankt Peterburqda qeyd etdiyinə görə Almaniyanın keçmiş kansleri Herhard Şröyder “Qardian” və “Tayms”ın tənqid hədəfinə tuş gəlib.

Hər iki dərgi Ukrayna hadisələri ilə əlaqədar Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda almaniyalı siyasətçinin bu cür hərəkətini məsuliyyətsizlik və ikrah hissi yaradan hal kimi dəyərləndirib.

“Qardian” bilidirib ki, Qərbin öndə gedən simalarından biri Almaniya kansleri Angela Merkelin Moskvaya qarşı tutduğu sərt mövqeyə baxmayaraq, Şröyder onun arxasından müəyyən işlər çevirir, rəsmi Berlinin nüfuzuna zərbə vurur, öz marağını axtarır.

Xatırladaq ki, Almaniya hökuməti Şröyder məsələsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, keçmiş kanslerin Sankt-Peterburq səfəri ölkəsinin rəsmi mövqeyini əks etdirmir.

Putinlə görüş fərdi xarakter daşıyıb. Bu arada “Yaşıllar” Partiyası da Şröyderin hərəkətlərini ciddi tənqid edib(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600