Almaxanımdan İRAD: “Müğənni tamaşaçının gözünü “mazol” etməməlidir”
“Təəssüflər olsun ki, bir çox verilişlərimiz gülünc vəziyyətdədir”.
Yenicag.az xəbər verir ki. bu sözləri müğənni Almaxanım Əhmədova sosial şəbəkə hesabında yazıb.
Çoxdandır verilişlərdə görünməyən sənətçi bunun səbəblərini açıqlayıb:
“Bəzi verilişlərə çıxıb qonaq kimi əyləşməyi yox, kefim olmayanda o verilişlərə “prikol” məqsədli televiziya proqramı kimi baxmağı üstün tuturam. Təəssüflər olsun ki, bir çox verilişlərimiz gülünc vəziyyətdədir.
Sevdiyim 2-3 istisna veriliş var ki, gələcəkdə onlara çıxacağam. Hələ ki, heç bir verilişə çıxmıram. Yaradıcılığımdakı yenilikləri “YouTube”dan izləyin. Dünya standartları ilə bir az ayaqlaşaq. Sənətçi məcbur deyil ki, səviyyəsiz verilişə çıxsın. Özünün sevdiyi, seçdiyi, dəyər verdiyi verilişə getməlidir. Tamaşaçının gözünü “mazol” etməməlidir”.
Nehru