“Amazon” Trampın hesabını 3 il sonra bərpa etdi

media-hightechnic-468x90

Amazon.com-a məxsus “Twitch striminq” xidməti Donald Trampın hesabını əngəllədikdən üç il sonra bərpa edib.

Yenicag.az xəbər verir ki, 2021-ci ilin yanvarında “Twitch” Kapitolidə baş verən iğtişaşlardan sonra Trampın hesabını qeyri-müəyyən müddətə deaktiv edib və buna səbəb kimi zorakılığın daha da qızışdırılması təhlükəsini göstərib.

Tramp rəsmən Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürüldükdən bir gün sonra onun hesabı bərpa edilib.

Şirkət istifadə qaydalarına riayət olunmasına nəzarəti davam etdirəcəyini və pozuntular halında müvafiq tədbirlər görəcəyini vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600