AMB böyük limitlərlə kredit kartlarını verilməsinin qarşısını alıb

media-hightechnic-468x90
Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarını verilməsinin qarşısını alıb.
Yenicag.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Biz əmək haqqının 5 misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq”, – deyə o qeyd edib.
AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartı olub. Son 1 ildə debet kartların sayı 12 % artıb, kredit kartlarının sayı isə 9 % azalıb. Kartların ümumi sayında 10 % artım qeydə alınıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05