Azərbaycan Mərkəzi Bankı (AMB) lizinq fəaliyyəti ilə məşğul olan “Prior Leasing” və lombard fəaliyyəti ilə məşğul olan “Kredit Evi” ASC-ləri, eləcə də onların vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
Yenicag.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə “Prior Leasing” və “Kredit Evi” hər biri 50 min manat, onların vəzifəli şəxsləri isə hər biri 10 min manat cərimələnib.
www.yenicag.az