Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik edilərək quruma daha üç baş direktor təyinatı həyata keçirilib.
Yenicag.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, yeni təyin olunan baş direktorlar Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyevdir.
Beləliklə, AMB-də baş direktorların sayı 6-ya çatdırılıb. Digər baş direktorlar – Akşin Vəzir oğlu Vəliyev, Rəşad Temraz oğlu Orucov və Ziya Zəfər oğlu Əliyev fəaliyyətlərini davam etdirirlər.