AMB Koreya ilə əməkdaşlığı genişləndirmək istəyir

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı (AMB) Koreya ilə əməkdaşlığı genişləndirmək istəyir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, AMB sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çindən sonra Koreya Respublikasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Koreyanın maliyyə nəzarəti qurumları ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə makroiqtisadi vəziyyət, maliyyə sektorunda tənzimləyici çərçivələrin təkmilləşdirilməsi, texnoloji yeniliklər və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, səfərin məqsədi iki ölkənin maliyyə sektorları arasında əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05