AMEA-nın Tarix İnstitutundan biabırçı səhv-Foto

media-hightechnic-468x90

81926_res_01Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu biabırçı səhvə yol verib. Qurumun rəsmi saytında ( http://tarix.gov.az/konflikt.php) Azərbaycanın erməni əsarətində olan rayonlarının işğal olunma tarixləri səhv yazılıb.

Ağdam və Ağdərənin ermənilər tərəfindən işğal olunması tarixi səhv göstərilib. Rayonların işğal tarixləri yer almış cədvəl saytda iki yerdə – “Dağlıq Qarabağ Münaqişəsinin Tarixi” və “Xocalı soyqırımı” bölmələrində qoyulub.

Cədvəldə Ağdamın 1993-cü il fevral ayının 23-də (23.02.1993), Ağdərənin isə iyun ayının 17-də (17.06.1993) işğal olunduğu qeyd olunub. Halbuki Ağdərə 07.07.1993, Ağdam isə ondan bir neçə gün sonra, 23.07.1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub.

Xatırladaq ki, bir müddət öncə qurumun saytında işğal olunmuş rayonlarla bağlı heç bir məlumatın olmaması barədə adıçəkilən saytda məlumat yayılmışdı. Həmin vaxt qurumdan cavab verilmişdi ki, sayt üzərində iş gedir, iş bitdikdən sonra sözügedən materiallar sayta yerləşdiriləcək.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600