“Amerika Birinci” doktrinası: Tramp “tarif müharibəsi” ilə nəyi HƏDƏFLƏYİR?

media-hightechnic-468x90

“Tramp düşünür ki, xaricdən gətirilən məhsullara tətbiq olunan tariflər dövlət büdcəsinin gəlirlərini artıracaq”.

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

media-xalid

O, Çindən sonra indi də Avropa ilə tarif müharibəsinə başlayan ABŞ Prezidenti Donald Trampın əsas məqsədindən danışıb.

İqtisadçı bildirib ki, Trampın bir çox aspektdə gözləntiləri mövcuddur.

“ABŞ prezidenti hesab edir ki, son onilliklərdə Amerika sənayesizləşdirlib, iş yerləri xarici ölkələrə üz tutub, ABŞ investorları bizneslərini Meksika, Kanada kimi ölkələrdə, eləcə də Çin, Vyetnam və Hindistan kimi Asiya ölkələrində qurublar. Bu da nəticədə həmin ölkələrdə istehsal olunan məhsulların ABŞ-a idxalına gətirib çıxarıb”.

Onun sözlərinə görə, Tramp hesab edir ki, bu proses ABŞ-də iş yerlərinin azalmasına və əhalinin rifahının pisləşməsinə səbəb olub:

“Onun siyasi platforması “Make America Great Again” (Amerikanı Yenidən Ucaldaq) və “America First” (Amerika Birinci) şüarları əsasında qurulub. Bu yanaşma ondan ibarətdir ki, ABŞ bazarı üçün məhsul istehsal edən şirkətlərin xaricdə fəaliyyət göstərməsi maraqsız hala gətirilməlidir. Əvəzində, həmin investisiyaların və zavodların ABŞ daxilində qurulması təşviq olunmalıdır. Bu isə ölkə daxilində yeni iş yerlərinin yaradılmasına və iqtisadi artımın sürətlənməsinə səbəb olacaq”.

X. Kərimli onu da diqqətə çatdırıb ki, burada ikinci mühüm məqam isə tariflər siyasətidir:

“Tramp düşünür ki, xaricdən gətirilən məhsullara tətbiq olunan tariflər dövlət büdcəsinin gəlirlərini artıracaq. Onun fikrincə, bu tariflər qiymətlərin üzərinə tam şəkildə yansımayacaq, əksinə, rəqabət nəticəsində satıcıların mənfəət marjaları azalacaq. Beləliklə, əldə edilən əlavə gəlir həm dövlətə, həm də qismən istehlakçıya və yerli istehsalçıya fayda verəcək. Proses yeni başlayıb, tarif planları uzunmüddətli strategiyadır. Burada 3-5 aylıq və ya qısa müddətli nəticələr gözləmək düzgün deyil. Əsas odur ki, Tramp istəyinə nail olacaq”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600