“Amerika işğala reaksiya verəcək“

media-hightechnic-468x90

vcAmerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri Ceffri Payetta son hadisələrlə əlaqədar sərt açıqlama verib.

O, hadisələrin bu cür cərəyan etməsinə təəssüfləndiyini bilidirib.

Kiyevdə brifinq keçirən səfir qeyd edib ki, əgər Rusiya hərbi hissələri Ukrayna sərhədlərini keçərsə, hadisələr görünməmiş məcrada inkişaf edəcək. Amerika məsələlərə etinasız qalmayacaq, işğala reaksiya verəcək, aqressor önündə Qərb hərbi qüvvələrini görəcək.

Jurnalistlərin suallarını cavablandıran Payetta vurğulayıb ki, Rusiya bölgədəki aqressiv siyasətini dəyişməzsə, rəsmi Vaşinqton sanksiyaların təsirini daha da genişləndirəcək.

Ukrayna–Amerika hərbi əməkdaşlağına toxunan səfir bəyan edib ki, iki ölkə arasında bu sahədə ilkin razılaşma var və hadisələrin inkişafı sözügedən anlaşmanın tətbiqinin fəlsəfəsini ortaya qoyacaq(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600