Amerikalı generaldan gələn NÜVƏ SİQNALI – Rusiya düyməyə BASACAQ?

media-hightechnic-468x90

“ABŞ rəsmisi sülh prosesinin uzanmasının dünya üçün riskli olduğunu xatırlatmaq istəyir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

media-ayten-qurbanova

Analitik ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini, general-leytenant Endryu Cebaranın Rusiyanın nüvə silahı istehsalının davam etməsi və bu fəaliyyətin onlar üçün təhlükə olduğuna işarət etməsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, amerikalı general Rusiya-Ukrayna sülh prosesinə xatırlatma edib:

“Rusiya faktiki nüvə dövlətidir. Onun nüvə potensialı statistik göstəricilərə görə ilk sıralardadır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, üç ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinin ilk günündən etibarən nüvə təhlükəsi məsələsi daima gündəmdədir. Ona görə də bu bəyanat təəccüb yaratmır. Düşünürəm ki, ABŞ rəsmisinin bu bəyanatı real təhlükə ilə bağlı önəmli mesaj verməklə yanaşı Rusiya-Ukrayna müharibəsinin uzanmasının qlobal sülh üçün ciddi təhdidlər yaratdığını bir daha xatırlatmağı hədəfləyir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa