!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikalı yazıçı Trampı məhkəməyə verdi

!Reklam – Yazi

Amerikalı yazıçı E.Jean Karroll zorlamada ittiham etdiyi ABŞ-nin keçmiş prezidenti Donald Trampı məhkəməyə verib.

Yenicag.az xəbər verir ki,  “Elle” jurnalının keçmiş köşə yazarı Karrollun sözlərinə görə, 1995-ci ildə Nyu-Yorkdakı lüks univermağın soyunub-geyinmə otağında Tramp tərəfindən cinsi təcavüzə məruz qalıb.

Müəllif iddia edir ki, hadisə o, mağazada Trampa kömək edərkən baş verib.

2019-cu ildə ilk dəfə zorlama iddiası ilə çıxış edən Kerroll hadisədən sonra Trampın gücünə görə polisə getməkdən qorxduğunu bildirib. İttihamın gündəmə gəldiyi vaxt ABŞ prezidenti olan Tramp Kerrollu tanımadığını deyərək, “Onsuz da o, mənim tipim deyil” deyib.

Onun uzun illər sonra bu addımı atmasına səbəb isə  Nyu-York əyalətində qüvvəyə minən yeni qanundur.

Qeyd edək ki, yeni qanun ştatda zorlama qurbanlarına hadisənin nə qədər vaxt keçməsindən asılı olmayaraq məhkəməyə müraciət etməyə icazə verir./Unikal/

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv