Anadangəlmə D vitamini çatışmazlığı psixikanı pozurmu?

media-hightechnic-468x90

Şizofreniya riskini hələ körpə yaşlarında müəyyən etmək olar. Son tədqiqatlara görə, anadangəlmə D vitamini çatışmazlığı ilə yetkin yaşda şizofreniyanın inkişafı arasında əlaqə var. Ehtimal ki, bu, qismən genlərlə bağlıdır.

media-banner_tkm

Kvinslend Universitetinin Beyin İnstitutu Orxus Universiteti birgə tədqiqat apararaq 2602 pasiyentin tibbi məlumatını təhlil edib. Həmin adamlara “şizofreniya” diaqnozu qoyulub. Körpə yaşlarında onların qanında D vitamininin səviyyəsi müxtəlif olub. Məlum olub ki, pasiyentlərin 44 faizində uşaq yaşlarında D vitamini çatışmazlığı müşahidə edilib. Bu da yaşa dolduqca onlarda şizofreniya riskini birmənalı şəkildə artırıb.

Ümumi təhlil göstərib ki, D vitamininin konsentrasiyasında dəyişmələr olduğuna görə şizofreniya halları 8 faizə qədər arta bilər. Həkimlər düşünürlər ki, görəsən, hamilə qadınlara D vitamini yeritməklə gələcəkdə şizofreniyanın inkişafının qarşısını almaq olarmı?

Yeri gəlmişkən, daha əvvəl şizofreniya və autizm, habelə autizm və perinatal D vitamini çatışmazlığı arasında da genetik əlaqə aşkar edilib./Azərtac/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05