Anar onlara ev verdi - Siyahıda kimlər var?

media-hightechnic-468x90

Bir neçə gündür ki, mətbuat və sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin bir qrup yazıçıya ev verdiyi, lakin siyahını açıqlamadığı bildirilir.

media-banner_tkm

 

Yenicag.az xəbər verir ki, Bakupost.az məsələ ilə bağlı araşdırma aparıb.

Siyahıda kimlərin adı olması ilə bağlı öncə AYB-nın mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilə əlaqə saxladıq. Ondan sosial şəbəkələrdə yayılan siyahının doğru olub-olmadığını soruşduq.

Xəyal Rza binanın AYB-yə məxsus olmadığını, sosial şəbəkələrdə yayılan siyahının isə reallığı əks etdirmədiyini bildirdi:

“Bina bizim deyil. Hələlik tikinti tam başa çatmayıb. Sosial şəbəkələrdə yayılan siyahı isə düzgün deyil”.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, yazıçılar arasında qalmaqala səbəb olan bina AYB-yə məxsus torpaq sahəsində tikilir. Xətai metrosu yaxınlığında tikilən 12 mərtəbəli binada 200-ə yaxın mənzil var. Həmin mənzillərdən 30-nun AYB-yə ayrıldığı bildirilir.

Məlumata görə, AYB həmin mənzillərdən 21-nı öz üzvlərinə vermək barədə qərar qəbul edib. Qeyd olunur ki, mənzillər təmirsizdir.

“AYB-nın 21 üzvünə verilən mənzillərin əksəriyyəti 1-2 otaqlıdır. Lakin 3-4 otaqlı mənzillər də var. 21 mənzil əsasən, AYB-nın idarə aparatında çalışanlara, oradan dəfələrlə ev və maşın alanlara verilib. Onların arasında elələri var ki, bu, AYB-dən aldığı üçüncü mənzildir”, – deyə mənbəmız bildirib.

Maraqlı nüanslardan biri də odur ki, ev alanlar arasıda AYB sədri Anarın sürücüsü, bəzi katiblərin isə katibələri də var.

Beləliklə, siyahını təqdim edirik:

1.Əli – Təsərrüfat şöbəsinin müdiri

2.Elmar – Təsərrüfaüt şöbəsinin işçisi

3.Anarın sürücüsü

4.Elxan Zal – evi var

5.Ülviyyə Heydərova – jurnalist

6.Arifə Əliyeva – Kadrlar şöbəsinin müdiri, AYB-dən üçüncü evi alıb.

7.Məlahət Qənbərova

8.Rauf Aslanov – Anarın müşaviri

9.Şəmsiyyə Camalova – İlqar Fəhminin katibəsi, evi var

10.Aləmzar Sadıqqızı – ilk dəfə alıb

11.Narıngül Nadir – evi var.

12.Şəfəq Sahibli – evi var.

13.Südabə Ağabalayeva – “Azərbaycan” jurnalının baş redaktoru

14.Elçin Hüseybəyli – evi var

15.Firuz Mustafa – evi var

16.Vaqif Əlixanlı – evi var

17.Dəynaət Osmanlı – AYB-dən aldığı ikinci ev

18.Xanəmir – evi var

19.Ulucay Akif – evi var

20.Güləmayıl Murad- evi var

21.Gülxani Pənah – evi var.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05