Anar Yusifoğluna İTV-də yeni vəzifə verildi

media-hightechnic-468x90

554_9gm48t9tzgİctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinat olub. Yenicag.az lent.az-a istinadən xəbər verir ki, əvvəllər İTV-nin Analitik Proqramlar Departamentinin direktoru işləyən Anar Yusifoğlu adıçəkilən televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinin direktor müavini təyin edilib. A. Yusifoğlu 2013-cü ilin sentyabrında vəzifəsindən azad edilmişdi. O, hazırda aktual.az saytına rəhbərlik edir.

Qeyd edək ki, İctimai Televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinə hələlik direktor təyin edilməyib. Adıçəkilən departament İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədovun kurasiyasındadır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa