!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anası etiraz etdi, sərxoş sürücü avtomobilini yandırdı - Azərbaycanda

!Reklam – Yazi

Daşkəsən rayon sakini avtomobilini yandırıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlar cəlb olunub.

Məlumata görə, Daşkəsən rayon sakini, 1986-ci il təvəllüdlü Samir İsayev ona məxsus “VAZ-2106” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün anasının etirazı ilə qarşılaşıb. Buna əsəbləşən sürücü avtomobilini yandırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və artıq yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv