Anasının imtina etdiyi körpə Bakıya gətirildi

media-hightechnic-468x90

“Tovuzda anasının imtina etdiyi körpə Bakıya gətirilərək uşaq xəstəxanasına yerləşdirilib”.

Bu barədə Yenicag.az-a Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, uşaq hazırda müayinələrdən keçirilir və vəziyyəti normaldır. Bundan sonra azyaşlı ilə bağlı müvafiq addımlar atılacaq.

Xatırladaq ki, martın 21-də Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600