Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Android tərtibatçılarının ümumi gəlirləri açıqlandı

Bir neçə müddət bundan öncə Google şirkəti məşhur YouTube servisindən nə qədər gəlir etdiyi məlumatını vermişdi. Şirkət bununla yetinməyərək digər maliyyə göstəricilərini də sərgiləyib.

Şirkətin Android və Chrome OS əməliyyat sistemlərindən cavabdeh olan və Google şirkətinin vitse prezidenti vəzifəsində çıxış edən Hiroshi Lockheimer şirkətin Android tərtibatçılara nə qədər vəsait ödədiyini açıqlayıb.

Hiroshi Lockheimer bildirib ki, Google Play online mağazasının mövcud olduğu vaxtdan indiyənə kimi Google şirkəti ümumilikdə Android tərtibatçılarına 80 milyard dollardan çox vəsait ödəyib.

Qeyd etmək lazımdır ki, Apple şirkəti hələ 2018-ci ildə bu göstəricinin 100 milyard dolları keçdiyini elan etmişdi.

iOS əməliyyat sistemində çalışan cihazların Android-də çalışan cihazlardan az olduğunu nəzərə alsaq, Google şirkətinin bu göstəricisi çox təəccübləndirir.

Onu da qeyd etmək lazımdır ki, Google şirkətinin hər alışda 30% dəyərində komissiya götürməsi olmasaydı Android tərtibatçılarının gəlirləri daha yüksək ola bilərdi. Bu halda göstərici 114 milyard dollar təşkil edə bilərdi.

www.yenicag.az

283