!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Angela Merkel cavab verdi: Titrəmə onun xəstəliyi ilə əlaqədardır? - Həkimlərin rəyi

!Reklam – Yazi

Angela Merkel üçüncü dəfə rəsmi görüş sırasında kameralara ani titrəmələrlə yaxalanıb. 

Yenicag.az xəbər verir ki, bu hadisə dünya gündəmində böyük səs-küyə səbəb olub.

Kanslerin üçüncü dəfə titrəməsi onun xəstə olması haqqında etimalları artırıb. Qısa zamanda bu barədə iddialar o qədər genişlənib ki, kansler özü yayılan iddialara cavam verib:

“Heç bir xəstəliyim yoxdur. Özümü yaxşı hiss edirəm. Mənimlə hər şey qaydasındadır və vəzifəmi layiqincə yerinə yetirməyə davam edə biləcəyəm”.

Nə baş verir? 

Angela Merkel ilk dəfə Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelinski ilə görüşmək üçün bu ölkəyə etdiyi rəsmi səfər zamanı titrəmə krizinə girmişdi. Daha sonra Almaniyanın yeni Ədliyyə naziri Kristin Lamberçin qəbul mərasimində, üçüncü dəfə isə bu gün eyni hal təkrarlanıb.

Həkimlər isə, bunun Merkelin gərgin iş rejimində və stress şəraitində işləməsinə görə baş verməsinin mümkün olduğunu qeyd edib.

Həşim Səhrablı

COP29

www.yenicag.az

2170
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv