Almaniyada 650-dən çox reys ləğv edilib

media-hightechnic-468x90

Almaniyanın ən böyük hava yolu şirkəti olan “Lufthansa”da son onilliyin ən irimiqyaslı tətili baş tutub. Nəticədə, aprelin 16-da 656 aviareys təxirə salınıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Aviaşirkətinin əməkdaşlarının aksiyası artıq dördüncü gündür davam edir. Bazar ertəsi və çərşənbə axşamı pilotların başlatdığı tətilə çərşənbə və cümə axşamı günlərində stüardessalar da qoşulublar. İlkin olaraq pilotların aksiyanı çərşənbə günü yekunlaşdıracağı gözlənilirdi, lakin rəhbərlik və həmkarlar ittifaqı arasındakı danışıqların nəticəsiz qalması səbəbindən tətil aprelin 17-nə kimi uzadılıb.

Yalnız şirkətin əsas qovşağı sayılan Frankfurt hava limanında nəzərdə tutulmuş 1 300 reysdən 656-sı həyata keçirilməyib. Qrupa daxil olan bəzi alt şirkətlərdə isə uçuşların 70 faizə qədəri ləğv edilib./oxu.az/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05