Bəzən insanlarda anidən təcili şirniyyat yemə istəyi baş qaldırır. Həmin vaxtlarda təcili şokolad və ya şirniyyat yemə istəyi baş qaldırır. Amma həkimlər düşünür ki, o krizi aradan qaldırmağın digər yolları da var. Həmin an dərhal şirin qidalara üz tutmaq sağlamlığa çox ziyandır.
Yenicag.az şəkər ehtiyacını azaldan qidaların siyahısını təqdim edir.
Bunlardan ilki darçındır. Darçın insulin səviyyəsini tarazlaşdırmağa kömək edir. İçdiyiniz çaya və ya meyvə şirəsinə darçın çubuğu atmaq şirniyyat yemə istəyini aradam qaldırır.
İkinci qida isə fındıq və fıstıq əzmələridir. Bu qidalar çox şirin olmasına baxmayaraq, yüksək miqdarda kalori ehtiva edir.
Bundan əlavə, xurma da şəkəri tarazlaşdırır, xolesterinin artmasına icazə vermir. Gündəlik cəmi 5-6 xurma yemək bədənin şəkər ehtiyacını qarşılayır.
Bəzi meyvələr də şirniyyatı əvəz edə bilər. Onlardan biri və sağlamlıq üçün ən yararlı olanı yaşıl almadır. Yaşıl alma həm metobalizmi sürətləndirir, həm də tərkibində təbii şəkər turşuları var.
Şahanə
www.yenicag.az