Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ankara-Bakı-Tiflis yaxınlaşması: “Hərbi ittifaqın yaranması istisna deyil” - Ekspert

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Tiflis şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” adlı birgə təlimi keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən təlim iyunun 14-dək davam edəcək.

Hərbçi-jurnalist Üzeyir Cəfərov Yenicag.az-a açıqlamasında bildirdi ki, üç ölkənin birgə hərbi təlimləri onlar arasında əməkdaşlığın gələcəyinə hesablanmış addımlardandır:

“Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri inkişaf mərhələsindədir. Bu özünü bütün sahələrdə olduğu kimi, hərbi sahədə də göstərir. İndiki təlimlər həm regionda baş verə biləcək təhlükələrin qarşısını almağa, həm də iqtisadi maraqları təmin etməyə hesablanıb. Bu, eyni zamanda həm dövlətlərin döyüş hazırlığının artırılması məqsədini güdür, həm də regional təhlükələrin qarşısını almaq üçündür. Hansısa bir təhlükə yaranarsa, ölkələrin bir-birinə əsgər baxımından olmasa da, maddi dəstək vermələri mümkündür. Yəni təlimlərin üç ölkə arasında əməkdaşlığın gələcəyinə hesablanmış perspektivi var. Bu təlimlər kiməsə qarşı yönəlməyib. Region dövlətlərinin sırf öz maraqlarını təmin etmək üçün keçirtdiyi təlimlərdir”.

Həmsöhbətimizin fikrincə, gələcəkdə Ankara, Bakı və Tiflis arasında hərbi ittifaqın yaranması da istisna deyil. Ancaq sözügedən ittifaq tezliklə gözlənilmir. Nəzərə alaq ki, Türkiyə NATO üzvüdür, Gürcüstan isə bu quruma yaxınlaşmaqda olan dövlətdir. Azərbaycanın da gələcəkdə bu istiqamətdə qərar verəcəyi gözlənilir”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

631
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100