Ankara və İrəvan arasında 2026-cı il PLANI: Sərhəd qapısı açılır? - VİDEO
“Bakı və İrəvan arasında normallaşma prosesini Ankara da yaxından izləyir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan deyib.
O, Türkiyə və Ermənistan münasibətlərində yumşalma xəttinin mümkün təsirlərindən danışıb. Siyasi şərhçi bildirib ki, Bakı ilə İrəvan arasında sülh prosesinə dair addımlar atılarkən, Ankara ilə İrəvan arasında da ciddi yumşalma müşahidə olunur.
“Çarter reyslərinin açılmasından və onlayn viza tətbiqindən sonra Türkiyə ilə Ermənistan arasındakı Alican Sərhəd Keçid Məntəqəsinin açılması üçün hazırlıqlar tamamlanıb. Məlumatlara görə, 2026-cı ildə ilkin mərhələdə sərhəd qapısının ticarət məqsədli keçidlər üçün açılması planlaşdırılır”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərl
Samir Məcidov












