Ankarada güclü partlayış

Türkiyənin paytaxtı Ankara şəhərində güclü partlayış baş verib.

Yenicag.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə paytaxtın vergi dairələrindən birinin binasında qeydə alınıb. Partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir.

Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb.