Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.
Onun sözlərinə görə, yaralananların ümumi sayı 22 nəfər təşkil edir. Onlardan üçü artıq xəstəxanadan buraxılıb.
***19:26
Terakt nəticəsində ölənlərin sayı 4-ə yüksəlib.
***
Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerliqaya “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, 2 terrorçu da hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.
***17:21
Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında partlayış baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Binaya yaxın ərazidə silah səslərinin eşidildiyi və kamikadzenin olduğu iddia edilib./axar.az
www.yenicag.az