Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Antibiotik maddələr 2,4 milyon insanın ölümünə səbəb olacaq: OECD açıqladı

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) antibiotiklərin və bakteriyaların insan üzərindəki təsirlərini araşdıran hesabat yayımlayıb.

Yenicag.az xəbər verir ki, hesabatda antibiotiklərə qarşı müqavimət göstərən bakteriyaların artmasını əngəlləyəcək tədbirlər alınmaması halında növbəti 30 il ərzində Avropa, Şimali Amerika və Avstraliyada 2,4 milyon insanın həyatını itirəcəyi qeyd edilib.

Bundan əlavə, hesabatda bildirilir ki, önləyici tədbirlər həyata keçirilərsə, 4 ölümdən 3-nün qarşısını almaq mümkündür.

Hesabatda xəstəliklərin ortaya çıxmasının ardından bakteriyalarla mübarizə üçün 33 ölkənin ildə ortalama 3,5 milyard dollar xərcləndiyi qeyd edilib. Bakteriyaların yayılmasının qarşısını alacaq addımların atılmasının insanların həyatlarının xilas edilməsində daha effektiv olacağı vurğulanıb.

Hesabata görə, OECD ölkələri arasında əksər insanlar İtaliya, Yunanıstan və Portuqaliyada həyatlarını itirəcəklər.

Sözügedən hesabatda Türkiyə, Koreya və Yunanıstanda antibiotiklərin bakteriyalara qarşı müqavimətinin aşağı olduğu məlumatı əks olunub. OECD hesabatına görə, bu ölkələrdə bakteriyalara müqavimət İslandiya, Hollandiya və Norveçə nisbətən 7 dəfə azdır.

Həşim Səhrablı

Loading...

www.yenicag.az

2639
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100