Aparıcı ilə müğənni arasında QARŞIDURMA: “Mənə minnət vurma!”
Müğənni, Əməkdar artist Zaur Əmiraslanovla aparıcı Zümrüd Bədəlova arasında qarşıdurma yaşanıb.
Yenicag.az xəbər verir ki, bu barədə aparıcı Zümrüd Bədəlova öz verilişində danışıb:
“Zaur bəyin “mən onu klipimə çəkmişəm, amma o məni verilişinə çağırmır” deyib minnət vurması məni narahat etdi. Mən o yaşda deyiləm ki, kiminsə klipinə çəkilirəmsə, sevincimdən uçum. Bu, bir. İkincisi isə bu hadisə illər əvvəl baş vermişdi. Mən o klipə Türkan Məmmədlinin xahişi ilə çəkildim. Sonralar da onu hər dəfə verilişlərimə çağırmışam.
Niyə özünüzə sual vermirsiniz ki, hər işin gözəl getdiyi vaxtda Zümrüd məni niyə efirə dəvət etmir? Məkanların birində Türkanın xahişi ilə sənin klipinə çəkilən bu qıza mənə heç salam da vermədiniz. Mənə süzdürdüyünüz gözləri də gördüm. Amma buna baxmayaraq, biz şəxsi qərəzliyi efirə daşımırıq. Prodüser sizi verilişimə dəvət edib, amma gəlməmisiniz. Düşünün, sonra danışın”.
Nehru













