Aparıcıdan onu QINAYANLARA: “Günahdır, pis sözlər yazmayın”
Aparıcı Leyla Mustafayevanın əməliyyat etdirməsi ilə bağlı yaydığı videogörüntü sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Üz və çənəsində etdirdiyi estetik əməliyyatdan sonra onun görünüşü tənqid atəşinə tutulub.
Yenicag.az xəbər verir ki, yazılan şərhlərdən narahat olan aparıcı növbəti dəfə video yayaraq zarafat etdiyini bildirib:
“Video zarafat idi. Hamı yazır ki, yaraşmadı. Görün, nə qədər bir-birimizi qınayıb, tənqid edirik. İnsanları olduğu kimi qəbul etsək, hər şey əla olar. Effekt idi, siz məni belə qəbul edin. Üzümdəki kobud dəyişiklik sizi narahat etdi. Əziz şərh yazanlar heç kim mükəmməl deyil. Pis sözlər yazmayın, günahdır”.
Nehru