“Hər halda kişinin xarizmasının sirri onun hülqumunun olmasıdır”.
Bunu Yenicag.az-a açıqlamasında doğum günü olan tanınmış rejissor Aqil M.Quliyev təəssüratlarını bölüşərkən deyib.
O, ilk dəfə olaraq şəxsi həyatı ilə bağlı etiraflar da edib və xarizmasının sirrini açıqlayıb:
“Şəxsi həyatım barədə bircə onu deyə bilərəm ki, subayam. Ürəyimdə sevgi var, ya yoxdur, bu bir sirr qalsın. Ümumiyyətlə, kişinin xarizmasının bir sirri var ki, hər şeyi açıq şəkildə danışıb, etiraflar etməməlisən. Kişinin hülqumu olmalıdır. Çox adam bilməməlidir ki, sən kiminlə oturub-durursan, hara gedib, haradan gəlirsən. Kişi nə qədər çox susa bilirsə, qadınlar üçün bir o qədər önəmli və maraqlıdır. Ən əsası da Azərbaycanda kişi susmağı bacarmalıdır”.
Rejissor doğum günündə onu da bildirib ki, ad günlərini təmtəraqlı şəkildə qeyd etməyi xoşlamır, amma hədiyyələri sevir:
“Doğum günlərimi təmtəraqlı keçirməyi xoşlamıram. Elə uşaqlıqdan belə olub. Çünki bu, mənim nailiyyətim deyil. Məndən xəbərsiz baş verən hadisədir. Camaatın günahı yoxdur ki, mən bu gün doğulmuşam. Sağolsunlar diqqət göstərirlər, amma bu günü bayram kimi qəbul etmirəm.
Hədiyyələri çox sevirəm. Bahalı hədiyyələrim də çox olub. Ev, maşın olmayıb, amma kifayət qədər qiymətli zinət əşyaları hədiyyə ediblər. Amma hədiyyələr xanımlar tərəfindən deyil, kişilər tərəfindən edilib. Dostlarım da bilir ki, sarı yox, ağ qızıl sevirəm”.
Cəvahir